436
08:44
07 Dekabr 2019

Tramp meksikalı narkokartellərin terror təşkilatı olaraq tanınmasını təxirə salıb

ABŞ Prezidenti Donald Tramp Meksika narkokartellərinin terror təşkilatları olaraq tanınmasının təxirə salınmasına qərar verib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident cümə axşamı "Twitter" səhifəsində bildirib.

"Meksikalı narkotik kartellərini terrorçu təşkilat kimi tanımaq üçün bütün lazımi işlər tamamlanıb. Qanuna uyğun olaraq, bunu etməyə hazırıq. Ancaq bəyəndiyim və hörmət etdiyim bir insanın, bizimlə çox yaxşı işləyən Meksika Prezidenti Andres Manuel Lopez Obradorun xahişi ilə narkotik kartellərini terrorçu təşkilatların siyahısına salmağı müvəqqəti təxirə salırıq və bu məsələlərlə qətiyyətlə məşğul olmaq üçün birgə səylərimizi artıracağıq”, - Tramp belə deyib.