487
19:07
06 Dekabr 2019

Slovakiyada yaşayış binasında partlayış: ölənlər var

Slovakiyanın şərqindəki Presov şəhərində yerləşən on iki mərtəbəli yaşayış binasında qaz partlayışı baş verib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, çox sayda yaralı var.

Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində binadakı digər sakinləri xilas etmək mümkün olub . Presov şəhərinin meri Andrea Turkanova hadisəni şəhərin tarixindəki ən böyük faciə adlandırıb.