1350
14:25
06 Dekabr 2019

“Real” İspaniya çempionatını tərk edir?


Madrid “Real”ının prezidenti Florentino Peres maraqlı təklif irəli sürüb.

Lent.az -ın məlumatına görə, futbol funksioneri top-klubların iştirak edəcəyi Superliqanın yaradılmasının tərəfdarıdır.

Peres Avropanın “böyük beşlik” ölkələrinin (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) ən nəhəng komandalarının həmin liqada iştirak etməsini istəyir. O təklif edib ki, bu liqada oyunlar bütün mövsümü əhatə etsin və top-klublar öz ölkərinin çempionatlarında yer almasınlar.

Peresin fikrincə, Superliqa ilə yanaşı, ikinci divizion yaradılmalı, zəif nəticə göstərənlər mövsümün sonunda elitanı tərk etməli, ikinci divizionun ən güclüləri isə Superliqaya yüksəlməlidirlər.

“Real”ın prezidenti bu təklifinin reallaşacağı təqdirdə, top-klubların gəlirlərini xeyli artıracağı qənaətindədir: “La Liqa, Premyer Liqa, A Seriyası, Bundesliqa və Liqa-1 ilə müqayisədə Superliqa bizə daha çox pul qazandırar”.