620
12:00
06 Dekabr 2019

Oğlunun dalınca məktəbə getdi, yoxa çıxdı

Qaxda 30 yaşlı qadın itkin düşüb.

APA-nın məlumatına görə, rayon sakini Şəmil Cəmilov Qax rayon Polis Şöbəsinə müraciət edərək həyat yoldaşı, 1989-cu il təvəllüdlü Bahar Cəmilovanın oğlu Adıgözəli məktəbdən gətirmək adı ilə evdən çıxdığını, uşağın evə gəldiyini, lakin həyat yoldaşının geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.