551
05:01
06 Dekabr 2019

Bakıda kişi bıçaqlanıb, vəziyyəti ağırdır

Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə küçəsi, 4 ünvanında qeydə alınıb.

1975-ci il təvəllüdlü Xankişiyev Nurkişi Babakişi oğluna naməlum şəraitdə bıçaq xəsarətləri yetirilib. Yaralı ağır vəziyyətdə şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.