514
04:07
06 Dekabr 2019

Bakı-Qazax magistralında gənci avtomobil vurub

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyada xəsarət alıb.

APA xəbər verir ki, qəza magistralın Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Tağıyev İxtiyar Əhməd oğlunu vurub.

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.