448
23:34
05 Dekabr 2019

Avtomobil piyadının ayağının üstündən keçdi

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfət xəsarət alıb.

APA xəbər veir ki, qəza metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Mehdiyev Ədil Əsgər oğlunun ayağının üstündən keçib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Ona ayağın sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.