2285
11:43
05 Dekabr 2019

Müğənnimizin anası vəfat etdi

Azərbaycanlı müğənni Niyam Salaminin anası bu gün dünyasını dəyişib.

Lent.az -ın məlumatına görə, bu barədə ifaçının sənət dostları sosial şəbəkədə paylaşım ediblər.

Xatırladaq ki, Niyam bu yaxınlarda anası ilə bağlı açıqlama verəndə ağlamışdı: “Qurban olum anama. O, 8 uşaq böyüdüb. Dünəndən səhhətində problem yaranıb. Dedim ki, bu gün verilişə necə gələcəm? İndi evdədi. Sadəcə, onun gözlərinə baxa bilmirəm. O qədər əziyyət çəkib ki... İstəmirəm onu elə görüm. Allah mənə görə onu bağışlasın”.

Qeyd edək ki, mərhumə Astarada yaşayırdı. O, rayonda dəfn ediləcək.