5212
10:48
05 Dekabr 2019

Xatunun ad günündə VUR ÇATLASIN - Oğlu niyə gəlmədi? - VİDEO

Müğənni Xatun Əliyeva ötən gün özünə ad günü edib.

Lent.az -ın məlumatına görə, ifaçı özəl gününə müğənni Sami Yusifin ifasında “Sığmazam” kompaniyasının sədaları altında gəlib.

“Bu gün bura dəvət etdiyim insanların hamısı mənə doğma olanlardır. Pis və yaxşı günlərimdə yanımda olublar. Həyatımda elə insanlar oldu ki, mənə dəstək verdilər. O insanlar yenə də yanımdadır. Kim mənə kömək edibsə, heç zaman onların üzünə qayıtmamışam. İlk dəfə mənə və qardaşım Balaşa salonda işləyən Mehriban Gülməmmədova dəstək oldu. Hətta həmin vaxtlar qızılımı satmağa gedirdim, gətirib mənə pul verdi. İlk dəfə məni studiyaya isə müğənni Əkbər Əliyev aparıb. Mənə edilən heç bir yaxşılığı unutmuram”, - Xatun deyib.

Müğənni onu da bildirib ki, ad günündə oğlu iştirak edə bilməyib: “Media işçilərinə görə oğlum ad günümdə iştirak edə bilmədi”.

Sonra prodüser Tolik (Tarix Əliyev) səbəbkardan parodiyalara son qoymasını rica edib:
“Səndən xahiş edirəm ki, bir daha heç kəsi parodiya etməyəsən. Səndə olan səs diapazonu hər müğənnidə yoxdur. Qoy oğlun hər zaman səninlə fəxr etsin”.