4236
13:05
03 Dekabr 2019

Özcan Dəniz gənc sevgilisindən buna görə ayrıldı? - YENİ QALMAQAL

Türkiyənin tanınmış aktyoru Özcan Dənizlə keçmiş sevgilisi Feyza Aktanın ayrılmaqlarına səbəb aktrisa Aslı Enver olduğu bildirilmişdi.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslı Enver isə həmin söz-söhbətlərə sərt reaksiya verərək, Özcan Dənizlə yalnız dost olduğunu yazmışdı.

Bu iddialara Özcan Dənizdə səssiz qalmayıb. Belə ki, o yayılan söz-söhbətlərə “İnstagram” vasitəsi ilə açıqlama verib:

“Karyeramın, bir çox mərhələsində haqsızlıqlarla qarşılaşdım. Əvvəllər bütün xəbərlərə cavab verməyə çalışırdım. Sonra başa düşdüm ki, elə onlarda bunu istəyir. Məni tələyə salıb, süni xaos yaradıb, bacardıqları qədər məndən istifadə edib pul qazansınlar. Amma bunu edərkən düşünmürlər, sənin psixologiyana necə təsir edir. Sonradan öyrəndim ki, susmalıyam, çünki belə xəbərlər sən reaksiya verdikcə daha da alovlanır. Ona görə də susuramsa, ləyaqətimdən deyil, yalanandan xəbər yayanlara ortaq olmamaq üçündür”.