258
03:04
03 Dekabr 2019

Gəncədə gənc oğlan kürəyindən bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mağrasa Bağı adlanan ərazisində qeydə alınıb.

Şəhər sakini, 1991-ci il təvəllüdlü Vəliyev İlkin Xətai oğlu kürək nahiyəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib. 28 yaşlı gəncin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.