883
19:06
02 Dekabr 2019

Van gölündə tükürpədici olay: Naməlum insan sümükləri üzə çıxdı

Van gölündə insan sümükləri üzə çıxıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Van gölünün mövsümə uyğun olaraq suyunun quruması nəticəsində İskele məhəlləsi və Van yüzüncü İl Universiteti arasındakı sahil xətti boyunca insan kəlləsi və skeleti ortaya çıxıb.

İnsan sümüklərinin üzə çıxdığı bölgədə antropoloqlarla yanaşı, Van şəhər Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşları da aradşrımalara başlayıb. Ərazidə araşdırma aparan əməkdaşlar insanların hansı səbəblə və nə zaman öldürüldüyü təyin edəcək.

Hadisə yerinə gələn cinayət axtarış şöbəsinin əməkdaşları əraziyə girişi qadağan edərək, maddi sübutlar axtarıb. Sümükləri sandığa yığan əməkdaşlar araşdırma üçün onları laboratoriyaya aparıb.