429
18:52
02 Dekabr 2019

Narkotik satan keçmiş məhkum saxlanıldı


Siyəzəndə narkotik satan şəxs saxlanılıb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı Sabir Məhərrəmov saxlanılıb.

Saxlanılan zaman onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan satış üçün hazırlanmış 11 ədəd siqaret bükümlərində narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

S.Məhərrəmov dindirilmə zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.