826
19:03
02 Dekabr 2019

Bakıda restoranda siqaret çəkməyə görə DAVA: xəsarət alan var

Bakıda restoranda dava olub.

Lent.az -ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində yerləşən restoranların birində qeydə alınıb. Müştəri ilə restoran personalı Balabəyov Kamran Balamət oğlu arasında insident baş verib.

İnsidentə səbəb isə müştərinin restoranın qapalı hissəsində siqaret çəkməsi olub. K.Balabəyov xəbərdarlıq etsə də, müştəri buna məhəl qoymayıb və insident əlbəyaxa davaya çevrilib.

Araşdırmalar zamanı müəyyən olub ki, K.Balabəyov müştərinin ona yumruq vurması nəticəsində sağ qaş nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Əcəmi Əsədulla