514
19:32
02 Dekabr 2019

İnsanların bacarmadığı eksperimenti robot etdi

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları bir ilə 100 min eksperiment aparan robot yaradıblar.

Lent.az “ictnews”a istinadla xəbər verir ki, təkrarlanan hərəkətlər tələb edən eksperimentlərdən biri reaktiv izlər vibrasiyası olub.

Bu parametr gəmilərin layihələndirilməsində böyük əhəmiyyətə malikdir. Belə ki, müşahidəçi obyektin su üzərində hərəkətini min dəfə öyrənməli olur. Bu isə insan üçün çox yorucudur və çox vaxt tələb edir. Lakin robot bu vəzifənin öhdəsindən daha yaxşı gələ bilir.

Yeni mexanizm yaradıcılarının sözlərinə görə, robota eksperimentləri düzgün aparmağa imkan verən məntiqlə təchiz edilməsi ən çətin iş olub. O, təkcə təkrarlanan hərəkətləri yerinə yetirmir, həm də nəticələri təhlil edir, eləcə də əlavə məlumatın əldə edilməsi üçün eksperimentə düzəlişlər edir.

Robotun köməyi sayəsində tədqiqatçılar səyləri daha vacib məşğuliyyət və kəşflərə yönəldərək mexanizmə monoton iş tapşırıblar. Gələcəkdə alimlər insanlar və robotlar arasında əməkdaşlığı genişləndirəcəklər ki, bu da qısa zaman ərzində çətin vəzifələrin öhdəsindən gəlməyə imkan verəcək.