56691
11:33
26 Noyabr 2019

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: bu gün toyu olacaqdı, öldü - FOTO

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az -ın əldə etdiyi məlumata görə, noyabrın 22-də gecə saatlarında Beyləqan rayon Mayak kənd sakini Zeynalov Oruc Abbas oğlunu maşın vurub. Gənc oğlan hadisə yerində ölüb.

Məlumata görə, O.Zeynalov toya hazırlaşırmış. O, dostunun maşınını alaraq toy dəvətnaməsi paylamağa gedib. Ancaq Milabad kəndi ərazisində avtomobilin mühərriki sönüb, Oruc və maşındakı digər sərnişin maşını itələməyə başlayıblar. Gecə saatları olduğuna görə, arxadan gələn avtomobil onları görməyib və toya hazırlaşan gənci vurub. Hadisə nəticəsində O.Zeynalov yerindəcə dünyasını dəyişib.

Orucun bu gün toyu olacaqdı. Ancaq dünən onun 3 mərasimi keçirilib.