720
19:25
22 Noyabr 2019

Mourinyo "Tottenhem"in oyunçularına vədlər verdi

Londonun “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo futbolçularla ilk görüşünü keçirib.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, oyunçular portuqaliyadan paytaxt klubunda heç vaxt işləməyəcəyi ilə bağlı əvvəl verdiyi amıqlamasını şərh etməsini istəyiblər.

Mourinyo cavabında deyib ki, bu yalnız xalqda obraz yaratmaq üçün söyləyib. Bundan əlavə, mütəxəssis zarafatla deyib: “Mən sizin atanız, dostunuz, qızınız, nə istəsəniz olacağam”.

Mourinyo “Tottenhem”in liderləri ilə fərdi görüşərək onları komandada qalmağa inandırmağa çalışıb.

Mourinyo noyabrın 20-də “Tottenhem”in baş məşqçisi təyin olunub. 56 yaşlı portuqaliyalı ilə müqavilə 2022/2023-cü il mövsümünün sonuna qədər nəzərdə tutukub.

Bir gün əvvəl isə 2014-cü ildən baş məşqçi işləyən argentinalı Maurisio Poçenntino postunu tərk edib.