3629
18:46
22 Noyabr 2019

Bakıda dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə baş verən qəza ilə bağlı açıqlama yayıb. Cəmiyyətdən APA -ya verilən məlumata görə, bu gün saat 14:10-da "Azərbaycan Dəmir Yolları"nin Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə yol-nəqliyyat hadisəsi baş verib. AZ 99-SA-781/ AZ 99-ZE-781 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb.

Sürücü Xəzər İnqilab oğlu Yusifli və onun sərnişini hadisə yerində dünyalarını dəyişiblər. Məlumatda bildirilir ki, qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlıdır. Qatarların hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılır. Baş vermiş hadisə isə aidiyyəti üzrə araşdırılır.

***

16:58

Bakıda yük maşının körpüdən aşması nəticəsində dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

APA-nın məlumatına görə, onlar Masallı rayon sakinləri - 29 yaşlı Əzim Ağabəy oğlu Məmmədov və 27 yaşlı Xəzər İntiqam oğlu Hüseynovdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Saat 16:35

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb. “Shacman” markalı yük maşını körpüdən aşıb. Nəticədə yük maşınında olan iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.