603
15:34
22 Noyabr 2019

FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər

Noyabrın 20-22-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idman arenasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının kişilər və qadınlar arasında “Açıq Bakı çempionatı” keçirilib.

Lent.az -a nazirlikdən verilən məlumata görə, yarışda 27 komandadan 230-dan çox idmançı mübarizəyə qoşulub. Çempionatda FHN-in İdman-sağlamlıq mərkəzinin komandası mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərib.

FHN-in Mülki Müdafiə Qoşunlarının Komandanlığının N saylı hərbi hissəsinin əsgərləri 90 kiloqram çəki dərəcələrində İbrahim Ağakişiyev qızıl medal, komandanın digər üzvü Seymur Soltanlı isə yarışın gümüş medalına layiq görülüb. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medallar təqdim olunub.

Noyabrın 22-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları və məşqçini qəbul edərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.