549
13:41
22 Noyabr 2019

Putinin böyük mətbuat konfransının vaxtı açıqlandı


Rusiya prezidenti Vladimir Putinin böyük mətbuat konfransı dekabrın 19-da baş tutacaq.

Lent.az Lent.ru-ya istinadla bildirir ki, bu barədə Kremlin saytında məlumat yayılıb. İllik tədbirdə iştirak üçün kkkreditasiya artıq başlayıb.

Növbəti mətbuat konfransı dövlət başçısı üçün 15-ci olacaq. Jurnalistlərlə bu formatda ilk ünsiyyət 2001-ci ildə baş tutub. Ötən il dekabrın 20-da keçirilən mətbuat konfransında Putin 61 suala cavab vermişdi.