662
10:07
21 Noyabr 2019

Türkiyə ordusunun keçmiş Baş Qərargah rəisi vəfat edib

Türkiyənin keçmiş baş qərargah rəisi ehtiyatda olan general Yaşar Böyükanıt səhər saatlarında xəstəxanada 79 yaşında dünyasını dəyişib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin 25-ci baş qərargah rəisi üərk çatışmazlığından həyatını itirib. Böyükanıtın həyat yoldaşı Filiz Böyükanıt da 4 gün əvvəl, noyabrın 18-də vəfat edib. Səhhətindəki problemlərə görə bir müddətdir müalicə alan keçmiş baş qərargah rəisi bu səbəbdən həyat yoldaşının da dəfn mərasimində iştirak edə bilməyib.

Qeyd edək ki, Yaşar Böyükanıt 2006-2008-ci illərdə Türkiyə ordusunun baş qərargah rəisi vəzifəsində xidmət edib.