311
09:41
21 Noyabr 2019

Bir evdən üç nəfər dəm qazından zəhərləndi

Bakıda 2-si azyaşlı olmaqla 3 nəfər dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən Lent.az -a verilən xəbərə görə, Nəsimi rayonunun Cavadxan küç, mənzil 30 dan, 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.