334
09:20
21 Noyabr 2019

Daha bir avtobus qəzası: yaralılar var

Bakının Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.

Səhiyyə Nazirliyindən APA -ya verilən xəbərə görə, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə, 6 nəfər xəsarət alıb. 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla KTM-ə çatdırılıblar . 17 yaşlı oğlana yerində yardım edilib.