556
09:34
21 Noyabr 2019

Ər evdən çıxıb qayıtmadı: arvadı polisə gedib

Bakıda 29 yaşlı kişi itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə itkin düşənin həyat yoldaşı, Xətai rayonu M.Hadi küçəsində yaşayan 1981-ci il təvəllüdlü Könül İbrahim qızı Hüseynova 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edib. O, etdiyi müraciətdə eyni ünvanda yaşadığı həyat yoldaşı 1990-cı il təvəllüdlü Ağa Məhəmmədhüseyn oğlu Hüseynovun noyabrın 16-da saat 18 radələrində özünə məxsus “Hyundai” markalı avtomobillə evdən çxıaraq itkin düşdüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.