2139
09:30
21 Noyabr 2019

Fədayə Tacirə razılıq verdi: "Onunla yenə gedərəm" - VİDEO

Yenicə azadlığa çıxan müğənni Fədayə Laçın uzun illər duet ifa etdiyi Tacir Şahmalıoğlu barədə danışıb. Lent.az -ın məlumatına görə, Fədayə “Show news” verilişində bildirib ki, Tacirlə küsülü deyil:

“Tacirlə hər zaman toylara getmişik. Niyə onunla toya getməyim ki? Heç bir zaman onunla düşmən olmamışam. Onunla verilişlərdə, toylarda da oxumuşuq. Mənə bacım Tacirlə duet oxuma sözünü deməyib”.

Qeyd edək ki, Tacir Şahmalıoğlu həmkarı barədə danışarkən bildirmişdi ki, Fədayə ilə yenidən bir araya gələ bilmir:

“Fədayə həbsdə olanda ona baş çəkə bilmədim. Çünki anası və bacısından başqa kimisəni içəri buraxmırdılar. Bacısı nə danışdığını bilmir. Əslində Fədayənin işinə qarışmasa da olar. Çünki ağıllı insandır. İnsan çuxura da düşə bilər. Bacısı şərait yaradır ki, Fədayə öz müəllimini unutsun. Olmaz. Ona sənəti mən vermişəm, oxumağı öyrətmişəm. Tövsiyə edirəm ki, öz ağlı ilə getsin. Bacısı deyib ki, Tacir yaxşı müəllim olsaydı, Fədayə həbsə düşməzdi. Sən mənə elə müəllim görsət ki, öz tələbəsini sona qədər izləsin. Mənim işim-gücüm qurtarıb ki, onun dalınca düşüm... Fədayə mənim yanımda olanda nə yıxılmadı, nə də başına iş gəlmədi. Fədayə tək oxumaq istədi, səhv elədi. Çünki nəsə əldə edə bilmədi”.