436
20:54
20 Noyabr 2019

Lənkəranda avtomobil uşağı vuraraq öldürüb

Lənkəran şəhərində piyada vurulması hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhərin "Su səkkiz" kimi tanınan ərazisində, Şəhidlər xiyabanı küçəsində yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Nihad Çingiz oğlu Kazımzadəni Nərimanabad qəsəbə sakini Mirəziz Abıyevin idarə etdiyi avtomobil vurub. Sürücü özü piyadanı xəstəxanaya çatdırmaq istəsə də, yaralı yolda dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.