389
19:03
20 Noyabr 2019

Kafedən və evdən oğurluq edənlər tutuldu


Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki kafelərin birindən 400 manat oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov saxlanılıb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları noyabrın 16-na keçən gecə Mırtı kəndindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini S.Hacıyev saxlayıblar.

Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Gəlmə kəndi ərazisindəki dəmirçi sexlərinin birindəki seyfdən 500 manat oğurlamaqda şübhəli bilinən Əlibəyli kənd sakini E.Hüseynov saxlanılıb.