385
19:41
20 Noyabr 2019

Bakıda oğurluqda şübhəli bilinənlər saxlanıldı

Oğurluq etdiyinə görə saxlanıla S.Pənahovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki mağazaların birindən 100 manat pul və 145 manat dəyərində danışıq kartları oğurlaması da müəyyən edilib.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də S.Əlirzayevanın 163 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əli-Əkbərov saxlanılıb.

Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də rayon ərazisində iki vətəndaşın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əzimov və Abşeron rayon sakini S.Məmmədov saxlanılıblar.

Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları noyabrın 18-də rayon ərazisindəki oyun zallarının birindən həmin obyektin işçisi, Zərdab rayon sakini Ü.Bəbirlinin mobil telefonunu, habelə içərisində 30 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Ə.Yolçuyev saxlayıblar.

Oğurluq etdiyinə görə tutulmuş Z.Bayramovun və G.Zamanzadənin ətraflarında Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onların noyabrın 8-də rayon ərazisində 3 avtomobildən pul, ətir, gümüş əşya və sənəd oğurlamaları da müəyyən edilib.