1520
18:33
20 Noyabr 2019

Şəhid adından pul yığan dələduz barəsində POLİS ARAŞDIRMAYA BAŞLADI - YENİLƏNİB

"Şəhid adından sui-istifadə edilərək pul yığılması faktı ilə bağlı məlumatımız var və bu məsələ nəzarətə götürülüb”.

Bu barədə Lent.az -a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, hazırda sözügedən fakt üzrə araşdırma aparılır.

***

17:43

"Şəhidlərimiz bizim şərəf tariximiz, şanımız, qürurumuzdur. Ancaq ki, əfsuslar olsun ki, Azərbaycan torpağında şərəflilərlə bərabər, şərəfsizlər də yetişir. Pis toxumdan, pis qandan, zinadan əmələ gələnlər, hətta şəhid haqqına da girirlər. Bu gün apreldə şəhid olmuş Mikayıl Vahabzadənin anası Rumiyə xanım İsmayıllının Maçaxı kəndindən mənə zəng vurdu. Hal-əhval tutdum. Utana-utana dedi ki, Aida xanım səni bir məsələ ilə bağlı narahat edirəm”.

Lent.az bildirir ki, bu sözləri jurnalist Aida Eyvazlı öz Facebook səhifəsində paylaşıb. Jurnalist daha sonra bildirir:

"Danışdı. Dinlədim... və dəhşətə gəldim.

...Sentyabr ayının 20-də Vahabovlar ailəsinə tanınmayan nömrədən zəng gəlir. Zəng edən Xəyal Bağırov valideynlərdən şəhid övladlarının olduğu və şəhdin özündən sonra yetim körpəsi olub-olmaması barədə xəbər soruşur. Valideynlər deyir ki, onların 20 yaşında şəhid olmuş övladı Mikayıl Vahabzadə institutu biitirən kimi əsgər gedib, özündən sonra bir nişanəsi qalmayıb. Zəng vuran Xəyal Bağırov onlara bildirib ki, ailənin oğlunun adından maşın bazarı ərazisində bir kişi əlində yazılı kağış mağazaları gəzərək deyir ki, Mikayılın oğlu xəstədir. Dövlət də heç bir yardım etmir. Ona görə də uşağın müalicəsi üçün qapı-qapı gəzib pul yığırlar... Və həmin şəkilləri və vodeogörüntünü ailəyə göndərir.

Sentyabrın 21-də dərdli ata Yaqub Vahabov dərhal Xətai Rayonunun 36-cı polis bölməsinə gedir, Xəyal Bağırovla görüşüb, orada ərizə yazır. Bu günə qədər ata Bakıya, Xəyal Bağırova zəng vurub, onların Vətən uğrunda canından keçən oğlunun adından istifadə edən, dövlətimizin imicinə ləkə yaxan dələduzun tutulması barədə xəbər öyrənə bilmirlər. Deyirlər ki, dələduzu tutmaq mümkün olmayıb.