158
12:57
20 Noyabr 2019

İki "VAZ" avtomobili toqquşdu: yaralılar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Göyçayın Şəhadət kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" və "VAZ 2104" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü İbadov İntiqam Yolçu oğlu, Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılova Xatirə Nadir qızı, Şəhadət kənd sakini, 1962-ci il təvəllüdlü Rəsulov İkram Çıraq oğlu, Şəkər kənd sakini, 1960-cı il təvəllüdlü Ələkbərov Kamil Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.