312
08:23
20 Noyabr 2019

Mikroavtobusun vurduğu piyada xəstəxanada öldü - YENİLƏNİB


Zaqatalada noyabrın 19-u axşam saatlarında “Mercedes” markalı mikroavtobusun vurduğu Zaur Kostiyev xəstəxanada ölüb.

APA-nın şimal-qərb bürosunun əldə etdiyi məlumatına görə, mikroavtobusun sürücüsü rayon sakini Qurbanov Tahir Məhəmməd oğludur.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

00:06

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə noyabrın 19-u axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolla hərəkətdə olan mikroavtobus rayonun Makov kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Əziz oğlu Kostiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Z.Kostiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxananın Reanimasiya şöbəsində müalicə alan Z.Kostiyevə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır
qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.