867
07:59
20 Noyabr 2019

Bakının bu rayonunda qazın verilişində fasilələr olacaq

Bu gün Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq.

Bu barədə APA -ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.

Bildirilib ki, saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.