317
06:47
20 Noyabr 2019

Boliviyada iğtişaşlar zamanı ölənlərin sayı 25-ə çatıb


Boliviyada 20 oktyabr seçkilərindən sonra özünü prezident seçildiyini elan edən Evo Moralesə, sonra isə müvəqqəti dövlətə rəhbərliyi ələ alan Ali Məclisin sədri Janine Anezə qarşı etiraz aksiyalarında bu günədək 25 nəfər ölüb.

APA “Anadolu” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Venesuela və digər Latın Amerikası ölkələrində yayımlanan “Telesur” televiziyası məlumat verib.


Bildirilib ki, iğtişaşlarda 8 jurnalist, 56 polis və 715 nümayişçi yaralanıb. Baş verən hadisələr zamanı ümumilikdə 112 nəfər saxlanılıb, 50 nəfər həbs olunub.