417
12:25
19 Noyabr 2019

Mənzil bazarında son durum: bahalaşma olacaq - EKSPERT

“Təkrar mənzil bazarında ay ərzində 1.17, il ərzində isə 9.91 faiz azalma qeydə alınıb”.

Bu sözləri Lent.az -a əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, ilkin mənzil bazarında isə ay ərzində 2.81 faiz azalma müşahidə olunsa da, keçən ilin eyni dövrü ilə müqayisədə 5.83 faiz artım olub:

“Eyni zamanda, ümumi mənzil bazarında ay ərzində 1.87 faiz azalma, il ərzində isə 3.56 faiz artım qeydə alınıb.

Kirayə mənzil bazarına gəldikdə, ay ərzində 2.15, il ərzində isə 3.98 faiz artım müşahidə olunub”.

Ekspert əlavə edib ki, gələn ay həm mənzil, həm də kirayə mənzil bazarında bahalaşma olacaq:

“Buna səbəb yeni ilin gəlişidir. Qeyd edim ki, hər il bu tendensiya davam edib.

Düşünürəm ki, ilin sonunadək kirayə mənzil bazarında 4-5, mənzil bazarında isə 4 faiz civarında bahalaşma müşahidə ediləcək”.