281
12:04
19 Noyabr 2019

Meksikada üç avtobus toqquşdu: 11 ölüb, 25 yaralı

Meksikada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Mexiko ştatında, Mexiko-Paçuka yolunun 16-cı kilometrliyində qeydə alınıb.

Üç avtobusun toqquşması nəticəsində 11 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.