279
11:00
19 Noyabr 2019

Nalayiq ifadə davaya səbəb oldu: 30 yaşlı kişi bıçaqlandı

Qazax rayonunda bıçaqlanma baş verib.

Lent.az -ın əldə etdiyi məlumata görə, noyabrın 15-də qeydə alınan bıçaqlanma hadisəsi Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1989-cu il təvəllüdlü Bilalov Bəşir Kəmaləddin oğlu ilə Gədəbəy rayonu Düzyurd kənd sakini Əliyev Ruslan İmran oğlu arasında olub. Tərəflər arasında yaranan mübahisə sonda bıçaqlanma ilə bitib. Hadisəyə səbəb tərəflərdən birinin nalayiq ifadələr işlətməsi olub. Bu zaman Ruslan Əliyev Bəşir Bilalova bıçaqla zərbə endirərək ağır xəsarət yetirib.

Qeyd edək ki, hadisə Qazax şəhərinin N.Nərimanov və A.Kəmərli küçələrinin kəsişməsində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hadisə barədə ilk məlumatı trend yayıb.