196
10:47
19 Noyabr 2019

Azərbaycanda sosial ödənişlərlə təmin edilən uşaqların sayı AÇIQLANDI

Azərbaycanda müvafiq kateqoriyalardan olan 600 minədək uşaq müxtəlif sosial ödənişlərlə təmin edilir, bu ödənişlərin məbləği bu il əhəmiyyətli şəkildə artıb.

Lent.az xəbər verir ki, bunu BMT-nin Uşaq hüquqları Konvensiyasının 30 illiyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimob deyib.

Nazir müavini həssas qruplardan olan uşaqların sosial xidmətlərlə təminatı sahəsində aparılan işləri diqqətə çatdırıb. Dövlət başçısının bu il iyunun 1-də imzaladığı sərəncamının icrası olaraq nazirliyin sosial sifarişləri üzrə yaradılan sosial xidmət mərkəzlərinin 3,5 dəfədən çox artdığını deyib.

Anar Kərimov Prezident İlham Əliyevin sosial inkişaf strategiyasında uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasının mühüm prioritetlərdən olduğunu vurğulayıb.