1622
10:29
19 Noyabr 2019

Afət Fərmanqızı canlı efirdə AĞLADI: "Atamı, anamı, qardaşımı..." - VİDEO

Müğənni Afət Fərmanqızı doğmalarının itkisindən danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “Şou ATV” verilişində atasının, anasının və qardaşının dünyasını dəyişməsindən danışarkən göz yaşını saxlaya bilməyib:

“Biz mayın 24-də evdə tort bişirirdik. Birdə gördüm ki, bayquş səsi gəlir. İlk dəfə idi ki, bayquş səsi eşidirdim. Həmin səsin sabahısı gün atam dünyasını dəyişdi. Onun gedişi bizim üçün faciə idi. Hər şeyi onunla bölüşərdim. Vəfatı məni yandırıb yaxdı. Həmin gün özümə söz verdim ki, onun adını yaşadacam. Atam son zəng günü öldü. Onun ölümünə görə bütöv məktəb son zəngi qeyd etmədi. Hamının hazırladığı tortlar, yeməklər ortalıqda qaldı. Bu itkiyə bütöv Tovuz ağladı. Atam rəhmətə gedəndən sonra qardaşım xəstəlik tapdı. Atamın ölümündən 2 il sonra qardaşım da dünyasını dəyişdi. 54 yaşında atam, 57 yaşında anam dünyasını dəyişdi. Anamın xəstəliyinin cavabını özü bilmirdi. Həkim cavabı mənə deyəndə, bütün dünyam qaraldı. Bütün bu itkilərdən sonra hər şeyi öz üzərimə götürdüm. 16 yaşında böyüdüm”.