279
10:11
19 Noyabr 2019

Sərnişindaşımanın keyfiyyəti ilə bağlı qrup yaradıldı: təklif və iradlar üçün ...

"Məlumat verdiyimiz kimi, noyabrın 1-dən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradıb".

Bu barədə Lent.az -a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, monitorinqlər 3 istiqamətdə həyata keçirilir:

"Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı),

Paytaxt-Region və əks istiqamət,

Beynəlxalq istiqamətlər üzrə.

Bu səbəbdən noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyinizi rica edirəm.

Təklif və iradlarınız yalnız 012 566 52 58 nömrəli qaynar xəttimizi yığaraq səsləndirdiyiniz zaman qeydə alınacaq".

N.Allahyarova qeyd edib ki, ilk sorğu Azərbaycanın şimal-qərb coğrafi məkanını əhatə edən Şəki-Zaqatala iqtisadi rayonu üzrə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarından paytaxt istiqamətində və şəhərdaxili sərnişindaşımada göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır.