497
17:28
18 Noyabr 2019

Yolu keçmək istəyən azyaşlını maşın vurdu

Mingəçevirdə azyaşlını maşın vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində, 1 saylı orta məktəbin yaxınlığında baş verib. “Toyota” markalı avtomobil yolu keçmək istəyən azyaşlı Ayxan Səfərlini vurub. Piyada xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.