303
15:25
18 Noyabr 2019

Qadına qarşı quldurluq edən şəxs tutuldu

İmişli rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Lent.az -ın DİN mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticəsində noyabrın 16-da rayon sakini Q.Bağırovanın evinə girərək quldurluq yolu ilə onun qızıl sırğasını, qızıl üzüyünü və 2 ədəd mobil telefonunu almaqda şübhəli bilinən şəhər sakini E.Xubiyarov saxlanılıb.