222
13:22
18 Noyabr 2019

Evdən külli miqdarda qızıl oğurlayan sabiq məhkum saxlanıldı

Masallıda oğurluq hadisəsi qeydə alınıb.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan xəbərə görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşları oğurluq törədən şəxsin tapılması üçün birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 500 manat və 1250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şərəfə kənd sakini, əvvəllər məhkum olunmuş R.Zeynalov saxlanılıb.