372
15:36
18 Noyabr 2019

"Mercedes"dən külli miqdarda pul oğurlayan saxlanıldı

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Lent.az -ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 13-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 1800 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Səmədov saxlanılıb.