406
23:48
17 Noyabr 2019

Gürcüstanda meşə yanğını olub


Gürcüstanın İmereti rayonunun Sxaltubo bələdiyyəsinə tabe olan Sormoni kəndində meşə yanğını baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, bir neçə saat əvvəl başlayan yanğının söndürülməsi məqsədi ilə qurumun 8 yanğınsöndürmə briqadası əraziyə cəlb edilib.

Yanğının yayılma sahəsi açıqlanmayıb.