643
19:57
17 Noyabr 2019

Portuqaliya AVRO-2020-yə yüksəldi

AVRO-2020-nin seçmə mərhələsində X tura start verilib.

Apasport.az-ın məlumatına görə, öncə B qrupunun komandaları meydana çıxıblar.

Bu qrupda son turun qarşılaşmalarından sonra final mərhələsində yüksələn daha bir komanda müəyyənləşib. Son Avropa çempionu və Millətlər Liqasının qalibi Portuqaliya qitə çempionatına birbaşa vəsiqə qazanıb.

Kriştianu Ronaldo və komanda yoldaşları buna Lüksemburq üzərində qələbə ilə nail olublar. Səfərdə Lüksemburqu yenən Portuqaliya qrupda ikinci yeri tutub.

Birinci yeri öncədən təmin edən Ukrayna isə Serbiyanın qonağı olub. Portuqaliyanın xal itkisinə ümid edən meydan sahibləri qələbəni son dəqiqələrdə əldən verib – 2:2. Ukrayna isə tsikli məğlubiyyətsiz başa vurub. Birbaşa vəsiqə qazana bilməyən Serbiya pley-offda mübarizə aparmalı olacaq.

Qeyd edək ki, Portuqaliyaya qədər 16 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, İsveç, Finlandiya, Xorvatiya, Almaniya, Hollandiya və Avstriya vəsiqə qazanıb.

AVRO-2020-nin seçmə mərhələsi
X tur
17 noyabr

B qrupu
18:00. Serbiya – Ukrayna – 2:2

Tadiç, 9, Mitroviç, 56 – Yaremçuk, 32, Byesyedin, 90
18:00. Lüksemburq – Portuqaliya – 0:2
Fernandes, 39, Ronaldo, 86

1

Ukrayna

8

6

2

0

17-4

20

2

Portuqaliya

8

5

2

1

22-6

17

3

Serbiya

8

4

2

2

17-17

14

4

Lüksemburq

8

1

1

6

7-16

4

5

Litva

8

0

1

7

5-25

1