397
18:40
17 Noyabr 2019

"Qarabağ" - "Düdelanj" matçının biletləri satışa çıxarılır

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin altıncı turunda dekabrın 12-si Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.

Qarşılaşmanın biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Qarabağ FK fan-şop (Park Bulvar)

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

ASAN Sumqayıt

İticket.az (onlayn)

(Qol.az)