1417
13:17
17 Noyabr 2019

"QAZ 24" ilə "Qazel" toqquşdu: ölən var - FOTOLENT - YENİLƏNİB

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində baş verən hadisə zamanı "QAZ 24"ün sürücüsü, 1960-cı il təvəllüdlü Xaçmazın Gödəkli kənd sakini Mədətov İdayət Dübarə oğlu ölüb. Məlum olub ki, "QAZ 24" markalı minik avtomobilinin sürücüsü qəzadan öncə ürəktutmadan ölüb və avtomobil idarəetmədən çıxaraq “Qazel" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

12:35

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində qeydə alınıb.

"QAZ 24" markalı minik avtomobili ilə "Qazel" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticə "QAZ 24"ün sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.