680
00:09
17 Noyabr 2019

Tehranda güclü qar səbəbindən məktəblər bağlanıb

İrana yağan güclü qar səbəbindən Tehran əyalətində ibtidai və orta məktəblər bu ölkədə iş günü hesab edilən bazar günü işləməyəcək.

APA xəbər verir ki, bu barədə “ISNA” agentliyi əyalətin qubernatoru Mohseni Bandpeyə istinadla məlumat yayıb.

“Meteoroloji xidmətin proqnozu ilə əlaqədar bütün Tehran əyalətində sabah (bazar günü) ibtidai və orta təhsil məktəbləri həm səhər, həm də günorta növbələrində bağlı olacaq”, - deyə qubernator bildirib.

Agentlik bildirir ki, hava proqnozuna əsasən, istirahət günündə Tehranda qar, leysan və güclü külək gözlənilir. Havanın temperaturu 1-5 dərəcə isti təşkil edəcək.