391
23:45
16 Noyabr 2019

Sumqayıtda avtomobil marketə çırpılıb

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarında yerləşən marketin giriş qapısına çırpılıb. Qəza nəticəsində marketin qapısı yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.