844
16:32
16 Noyabr 2019

Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edir - SİYAHI

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 13,2 milyard ABŞ dollarına yaxın ixrac əməliyyatları həyata keçirib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ötən ilin analoji dövründə olduğu kimi, İtaliya Azərbaycanın əsas ixrac partnyoru olub. Onun ardınca Türkiyə, İsrail və Hindistan gəlir.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12,1 faiz artaraq 28 276,89 milyon dollar təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracında əsas ölkələrin reytinqi:

#

Ölkə

İxrac, min ABŞ dolları

Ümumi ixraca nisbətən, %

Ötən il reytinqdə mövqeyi

1

İtaliya

4 937 716,95

29,35

1

2

Türkiyə

2 314 678,60

13,76

2

3

İsrail

1 155 972,65

6,87

3

4

Hindistan

955 168,80

5,68

4

5

Almaniya

816 293,90

4,85

7

6

Çin

710 138,79

4,22

-

7

İspaniya

703 892,81

4,18

15

8

Rusiya

570 078,77

3,39

10

9

Fransa

535 194,45

3,18

12

10

Gürcüstan

495 567,65

2,95

13